“Real” xal itirdi, “Barselona” vahid lider oldu

İspaniya La Liqasında 4-cü turun görüşləri keçirilir. SİA-nın verdiyi məlumata görə, "Real" səfərdə "Atletik"ın qonağı olub. Qarşılaşma 1-1 hesablı heç-heçə ilə başa çatıb.

"Barselona" isə səfərdə "Real Sosyedad"ın qonağı olub 2:1 hesabı ilə qalib gəlib.

Bu nəticələrdən sonra "Barselona" turnir cədvəlində vahid liderliyə yüksəlib. "Real" isə 10 xalla 2-ci pillədə qərarlaşıb.

"Atletik" - "Real" - 1:1

Qollar: İker Munyain, 32 - İsko, 63

"Real Sosyedad" - "Barselona" - 1:2

Qollar: Elustondo, 12 - Suares, 63, Dembele, 66

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...