Gənc cüdoçumuz Bolqarıstanda bürünc medal qazanıb

Bolqarıstanın paytaxtı Sofiya şəhərində cüdo üzrə gənclərin Avropa birinciliyi davam edir. Azərbaycan Cüdo Federasiyasının məlumatında deyilir ki, qitə birinciliyinin ikinci günü milli komanda aktivinə daha bir medal yazdırıb. Azərbaycanı 81 kq çəki dərəcəsində təmsil edən Murad Fətiyev mötəbər yarışın bürünc medalına sahib olub.

Qeyd edək ki, birinciliyin ilk günü Tofiq Məmmədov (60 kq) qızıl, Rövşən Əliyev (55 kq) gümüş, Balabəy Ağayev (55 kq) və Şəfəq Həmidova (44 kq) isə bürünc medala sahib olublar.

Xatırladaq ki, 42 ölkədən 405 (217 kişi, 188 qadın) cüdoçunun qüvvəsini sınadığı Avropa çempionatında Azərbaycan millisi 14 (10 kişi, 4 qadın) cüdoçu ilə təmsil olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...