ŞOK: Argentina millisinin futbolçuları qaçaqmalçılıqda günahlandırılır

Argentina Futbol Assosiasiyası və milli komandanın futbolçuları qaçaqmalçılıqda günahlandırılır. AS nəşri yazır ki, ABŞ-dan dönən heyət üzvlərindən hava limanında gömrükçülər tərəfindən elan olunmamış mallar aşkarlanıb. Qaçaqmal kimi qəbul edilən malların ümumi dəyərinin 20 min avro civarında olduğu bildirilir. Müsadirə olunan mallar arasında musiqi alətləri, elektron avadanlıqlar və uşaq oyuncaqları var.

Argentinanın vergi orqanları artıq məlumatı təsdiqləyiblər və işin prokurorluğa verildiyini bildiriblər.

Qeyd edək ki, Argentina millisi ABŞ-da iki yoldaşlıq oyunu keçirib. Cənubi Amerika təmsilçisi sentyabrın 8-də Qvatemalanı 3:0 hesabı ilə məğlub etdiyi halda, ayın 12-də Kolumbiya ilə bərabərə qalıb – 0:0.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...