Useyn Bolt çəkisizlik şəraitində yarışıb

Qısa məsafəyə qaçış üzrə ixtisaslaşmış, 8 qat Olimpiya çempionu, yamaykalı Useyn Bolt sıfır qravitasiya şəraitində qaçışda iştirak edib. “Sports Illustrated” portalının məlumatına görə, qaçış Fransa üzərindən uçan, modifikasiya edilmiş “Airbus Zero-G” təyyarəsində keçirilib.

SİA RİA Novosti saytına istinadla xəbər verir ki, yüngül atletikada karyerasını başa vurmuş, planetin ən bərk qaçan sakini qaçışda iki kosmonavtla yarışıb və sonda qələbə qazanıb.

Bolt sıfır qravitasiya şəraitində dörd dəqiqə olub və keçirdiyi hissləri “Twitter” səhifəsində paylaşıb. O bildirib ki, özünü “şirniyyat mağazasındakı uşaq kimi” hiss edirmiş.

Xatırladaq ki, Useyn Bolt hazırda 100 metr (9,58 saniyə) və 200 metr (19,19 saniyə) məsafələrə qaçış üzrə dünya çempionudur. Son vaxtlar qüvvəsini futbolçu qismində sınayır.

Bütün xəbərlər Facebook səhifəmizdə