Andrea Pirlo karyerasını bərpa edir?

İtaliya millisinin sabiq üzvü Andrea Pirlo karyerasını bərpa edə bilər. Qol.az-ın “Fox Sports”a istinadən yaydığı xəbərə görə, buna səbəb Avstraliyanın “Evondeyl” klubunun 1 oyunluq veteran futbolçunun xidmətindən istifadə etmək istəyidir. Əfsanəvi yarımmüdafiəçi ilə danışıqları davam etdirən klub sentyabrın 19-da onu ölkə kubokunun “Sidney”lə matçında oynatmaq istəyir.
Bu, Avstraliya futbolunda yeni təcrübə deyil. Bundan əvvəl yunanıstanlı veteran futbolçu Konstantinos Katsuranis ölkə kubokunun 1/4 final mərhələsində bir oyunluq “Heydelberq”in formasını geyinib. Belə bir hadisə Türkiyə millisinin sabiq üzvü Arda Turanın da başına gəlib. Hazırda “Başakşəhər”in formasını geyinən yarımmüdafiəçi “Hyum Siti” ilə anlaşmağa yaxın olsa da, sonradan əməkdaşlıq alınmamaışdı.

Xatırladaq ki, “İnter”, “Milan” və “Yuventus” kimi klubların şərəfini qorumuş Pirlo 2017-ci ildə futbolçu karyerasını başa vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə