"Sumqayıt" - "Qarabağ" matçının məkanı dəyişdirilib

Topaz Premyer Liqasının IV turu çərçivəsində keçiriləcək “Sumqayıt” - “Qarabağ” oyunu ilə bağlı müəyyən dəyişiklik edilib. SİA-nın məlumatına görə, “Qarabağ” klubu Peşəkar Futbol Liqasına müraciət edərək, Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Sportinq”ə qarşı matça daha yaxşı hazırlaşmaq və mümkün zədə riskini azaltmaq üçün “Sumqayıt”la görüşün təbii örütüklü “Azersun Arena”da keçirilməsini xahiş edib. “Qarabağ”ın rəsmi müraciətini və “Sumqayıt”ın razılıq məktubunu rəhbər tutan Peşəkar Futbol Liqası “Sumqayıt” - “Qarabağ” oyunu ilə bağlı aşağıdakı dəyişiklikləri həyata keçirib:

Topaz Premyer Liqasının IV turunun “Sumqayıt” - “Qarabağ” matçı 14 sentyabr 2018-ci il saat 20:00-da “Azersun Arena”da keçirilsin.

IV turda meydan sahibi kimi “Qarabağ”, hər iki komandanın iştirakı ilə dördüncü dövrənin oyununda “Sumqayıt” təsdiq edilsin.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...