"Keşlə" baxışa yunanıstanlı futbolçu dəvət edib

"Keşlə" baxışa yeni futbolçu dəvət edib. SİA-nın məlumatına görə, yunanıstanlı futbolçu Georgios Georgiadis bir neçə gündür komandanın düşərgəsindədir.

30 yaşlı hücumameyilli yarımmüdafiəçi "Sabah"la yoxlama oyununda da iştirak edib. Onunla müqavilə imzalanacağı gözlənilir.

Qeyd edək ki, Georgios karyerası ərzində "Panserraikos", PAOK, "Veria", "Ermis" və "Doxa Dramas" klublarında oynayıb. O, Yunanıstanın əsas milli komandasının heyətində 3 qarşılaşmada iştirak edib. //Qol.az

Bütün xəbərlər Facebook səhifəmizdə