Bu gün DÇ-də gimnastlarımız lentlə kompozisiyalar nümayiş etdirəcəklər

Sofiyada bədii gimnastika üzrə dünya çempionatının üçüncü günüdür. Çempionatda Azərbaycan yığması da iştirak edir. SİA-nın məlumatına görə, yarışların ilk günlərində qızlarımız fərdi çıxışlarda öz məharətlərini göstəriblər. Bu gün isə çoxnövçülükdə seçmə yarışlar çərçivəsində Azərbaycan gimnastları Zöhrə Ağamirova və Darya Sorokina lent ilə kompozisiyalar nümayiş etdirəcəklər. Qızların bu yarışlarda göstərdiyi nəticələr komanda birinciliyinin yekunlarına da hesablanır.

Dünya çempionatında 61 ölkədən 350 idmançı qız çıxış edir. Yaxın həftə ərzində həm mütləq birincilikdə, həm də ayrı-ayrı növlərdə yaxşıların ən yaxşıları müəyyən olunacaq. Çempionatda cəmi doqquz mükafat dəsti oynanılır.

Bütün xəbərlər Facebook səhifəmizdə