Liberiya prezidenti yoldaşlıq matçında meydana çıxıb

"Qızıl top"un keçmiş sahibi və Liberiyanın hazırkı prezidenti Corc Vea yoldaşlıq görüşündə iştirak edib. SİA-nın məlumatına görə, oyun Liberiya və Nigeriya yığmaları arasında keçirilib. Görüş Veanın karyerasının böyük hissəsini keçirdiyi millidə 14 nömrəli formanın əbədiləşdirilməsi məqsədilə təşkil olunub. Hazırda 51 yaşı olan sabiq futbolçu meydana start heyətdə çıxıb və 80-ci dəqiqədə əvəzlənib. Görüş Nigeriyanın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Corc Vea peşəkar karyeası ərzində Fransanın Monaco, PSJ və "Marsel", İngiltərənin "Çelsi" və "Mançester Siti", həmçinin İtaliyanın "Milan" klublarında çıxış edib. O, 1995-ci ildə Afrika tarixində ilk dəfə "Qızıl top" qazanıb. 2017-ci ilin dekabrında Vea Liberiyanın 25-ci prezidenti seçilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...