PSJ-nin futbolçusu Anxel di Mariya Paris klubunda qalmağa qərar verib. Qol.az-ın Fransa mətbuatına istinadən yaydığı xəbərə görə, argentinalı yarımmüdafiəçi yaxın günlərdə klubu ilə yeni müqavilə imzalayacaq.

Qeyd edək ki, di Mariyanın PSJ ilə hazırkı müqaviləsi 2019-cü ilin yayında başa çatır. Onun Paris təmsilçisindən ayrıla biləcəyi iddia olunurdu.

Bütün xəbərlər Facebook səhifəmizdə