"Lion" "Mançester Siti"nin müdafiəçisini transfer edib

"Lion" "Mançester Siti"nin müdafiəçisi Ceyson Denayeri transfer edib. SİA-nın məlumatına görə, "aslanlar" bu keçid üçün "şəhərlilər"ə 10 milyon avro ödəyib. Belçika millisinin üzvü ilə 4 illik müqavilə imzalanıb.

Qeyd edək ki, 23 yaşlı müdafiəçi icarə əsasında "Seltik", "Qalatasaray" və "Sanderlend" klublarında da çıxış edib.

Bütün xəbərlər Facebook səhifəmizdə