Azərbaycan - Kosovo matçının biletləri satışda

Azərbaycan millisinin UEFA Millətlər Liqasında ilk oyununun biletləri satışa çıxarılıb. SİA-nın məlumatına görə, azarkeşlər, sentyabrın 7-də Bakı Olimpiya Stadionunda Kosovo yığmasına qarşı keçiriləcək matçın biletlərini əldə edə bilərlər.

Üç kateqoriya üzrə biletlərin qiyməti 2-5 manat, VİP yerlər üçün isə 10 manat təşkil edir.

Bu oyuna bilet alan hər bir azarkeş Azərbaycan - Malta (14 oktyabr) və Azərbaycan - Farer adaları (17 noyabr) oyunlarının biletinə 50% endirim əldə edə bilər. Endirim yalnız eyni dəyərli biletə ilk biletin alışı vaxtı tətbiq edilir. Endirim Sky Box biletlərə şamil olunmur.

Bilətlərin satış nöqtələri ASAN 1 (Həsən Əliyev küç.36), ASAN 2 (Nobel prospekti 23, AMAY TM 2-ci mərtəbə), ASAN 3 (Abbas Mirzə Şərifzadə 157), 28 Mall (28 May küçəsi, 2-ci mərtəbə"), Gənclik Mall (Fətəli Xan Xoyski 38, 3-cü mərtəbə), Köşk 1 (Sahil m. M.Rəsulzadə 3), Köşk 2 (Bül-bül prospekti, Nizami küç.), Köşk 3 (Üzeyir Hacıbəyov küç.69x), Heydər Əliyev Sarayının kassasıdır (Bülbül pr.35).

Qeyd edək ki, Azərbaycan – Kosovo oyunu sentyabrın 7-i saat 20:00-da başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...