"Mançester Siti"nin qapıçısı cari mövsümü buraxa bilər

"Mançester Siti"nin qapıçısı Kladio Bravo 2018/2019 mövsümünü buraxa bilər. SİA-nın məlumatına görə, məşq zamanı zədələnən 35 yaşlı qolkiperin durumunun ciddi olduğu məlum olub. Onun üçün bu mövsümün erkən bitə biləcəyi vurğulanıb.

Bravonun son durumu avqustun 23-ü Barselonada daha dərin tibbi müayinədən keçdkdən sonra müəyyənləşəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə