UEFA ən yaxşıları açıqladı

UEFA 2017/2018-ci il mövsümünün ən yaxşı oyunçularının siyahısını açıqlayıb. SİA uefa.com saytına istinadla xəbər verir ki, bunlar “Real Madrid” klubunun yarımmüdafiəçisi Luka Modriç, “Yuventus”un yeni transferi Kriştiano Ronaldo və "Liverpul" klubunun ulduz oyunçusu Məhəmməd Salahdı.

Həmçinin UEFA 2017/2018-ci il mövsümün də ən yaxşı qadın futbolçularının da adını açıqlayıb. Bu siyahıya Amandin Anri, Pernille Harder və Ada Heqerberq daxil edilib.

Qeyd edək ki, Avropanın ən yaxşı futbolçusu, Çempionlar Liqasında 2017/2018-ci mövsümündə mövqelər üzrə fərdi mükafatlar alacaqlar. Qalibin adı avqustun 30-da Çempionlar Liqasının qrup mərhələsinin püşkatma mərasimində açıqlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...