"Fənərbaxça"nın futbolçusu “Al-Nasr” klubuna keçib

"Fənərbaxça"nın yarımmüdafiəçisi Juliano karyerasını Səudiyyə Ərəbistanı çempionatında davam etdirəcək. Braziliyalı futbolçu “Al-Nasr” klubuna keçib. Məlumatı Dubay təmsilçisinin rəsmi saytı yayıb. 28 yaşlı oyunçu ilə 3 illik müqavilə imzalanıb. “Fənərbaxça” Julianonun satışından 10 milyon avro qazanacaq.
Qeyd edək ki, İstanbul klubu braziliyalı futbolçunu ötən mövsüm “Zenit”dən transfer etmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə