Azərbaycanın gimnastika komandası dünya kubokunun finalında çıxış edib

Bu həftəsonu Belarusun paytaxtı Minskdə bədii gimnastika üzrə “Challenge” seriyasına aid dünya kuboku yarışları başa çatıb.

Azərbaycan Gimnastika Federasiyasının məlumatında deyilir ki, otuz doqquz ölkədən 200-dən çox gimnastın iştirak etdiyi turnirə Azərbaycan təmsilçiləri də qatılıblar. Aliyə Paşayeva, Siyana Vasileva, Zeynəb Hümmətova, Ayşən Bayramova və Diana Domandan ibarət qrup hərəkətləri komandamız çoxnövçülükdə səkkizinci pillədə qərarlaşıb. Komandamız, həmçinin hər iki kompozisiya ilə final mərhələsinə keçməyi də bacarıb.

Qızlarımız beş halqa ilə final çıxışlarına görə 19,800 xal alaraq altıncı, üç top – iki ip ilə kompozisiyaya görə isə beşinci yerdə qərarlaşıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə