“Beşiktaş” “Liverpul”un futbolçusunu transfer edir?

Bir müddət öncə Fabrini “Fulhem”ə satan “Beşiktaş” ispan qapıçıya əvəzləyici tapıb. Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, İstanbul klubu “Liverpul”dan Loris Kariusu heyətinə qatır. Artıq tərəflər arasında ilkin razılıq əldə olunub. “Beşiktaş” alman qapıçının 2 illik icarəsi üçün mersisaydlılara 2 milyon avro ödəyəcək.
Qeyd edək ki, Karius ötən mövsüm Çempionlar Liqasının finalında “Real”la oyunda (1:3) etdiyi kobud səhvlərlə yadda qalmışdı. Hətta 25 yaşlı qolkiper buna görə ölümlə təhdid olunmuşdu.

Bütün xəbərlər Facebook səhifəmizdə