U-15-in baş məşqçisi müəyyənləşib

15 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi vəzifəsi Famil Xəlilova həvalə olunub. SİA-nın məlumatına görə, ötən mövsüm "Qəbələ" klubunun U-19 komandasının baş məşqçisi vəzifəsində çalışan Famil Xəlilovun rəhbərliyi ilə komanda AFFA-nın Gənclər Liqasının qalibi olub.

Bütün xəbərlər Facebook səhifəmizdə