Rahid Əmirquliyev 350-ci matçına çıxıb

Rahid Əmirquliyev Azərbaycan çempionatlarında 350-ci oyununu keçirib. SİA-nın məlumatına görə, “Səbail”in 29 yaşlı yarımmüdafiəçisinin yubileyi Topaz Premyer Liqasının II turuna təsadüf edib. Bu, “Qarabağ”la qarşılaşmadakı 0:2 hesablı məğlubiyyətin qeydə alındığı matçda gerçəkləşib. 350 oyunda 33 qol vuran Əmirquliyev çempionatlarda 4 klubun şərəfini qoruyub. Debütü 2003/04 mövsümündə rəsmiləşən yarımmüdafiəçi ilk klubu olan Qusar “Şahdağ”ında 57 (4 qol), “Xəzər Lənkəran”da 254 (26), “Qarabağ”da 37 (3), “Səbail”də 2 oyun keçirib.

Qeyd edək ki, Rahid Azərbaycan çempionatları tarixində 350 və daha çox oyun keçirən 8-ci futbolçudur.

yer

futbolçu

oyun

1

Mahmud Qurbanov

421

2

Azər Məmmədov

388

3

Rəşad Sadiqov

386

4

Aslan Kərimov

382

5

Rəşad Abdullayev

378

6

Aqil Məmmədov

363

7

İsmayıl Məmmədov

351

8

Rahid Əmirquliyev

350

Bütün xəbərlər Facebook səhifəmizdə