“Real Madrid” klubunun avqustun 19-da keçirdiyi İspaniya çempionatının ilk turunu 48466 nəfər tribunadan izləyib. Bu, son 10 mövsümün ən aşağı göstəricisidir və klubun tarixində antirekorda səbəb olub. SİA xəbər verir ki, sonuncu dəfə bu cür aşağı göstərici 2009-cu ilin mayında qeydə alınıb. “Real Madrid”in “Santyaqo Bernabeu”da “Malyorka”ya 1:3 hesabı ilə uduzduğu matça 45 min azarkeş gəlmişdi.

Qeyd edək ki, “Santyaqo Bernabeu”nun azarkeş tutumu 81044 nəfərdir. 2009-cu ilin yayında İngiltərənin “Mançester Yunayted” klubundan “Real Madrid” klubuna keçən Kriştianu Ronaldu ötən ay Turin şəhərinin təmsilçisi “Yuventus”a transfer olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə