TPL-də ikinci turu neçə azarkeş izləyib?

Topaz Premyer Liqasında ikinci turda qeydə alınan azarkeş sayı bəlli olub. SİA-nın məlumatına görə, turun ilk görüşü "Bayıl Arena"da "Səbail" ilə "Qarabağ" arasında baş tutub. Bu qarşılaşmanı stadionda 1050 nəfər azarkeş izləyib.

Şüvəlanda baş tutan "Zirə" - "Keşlə" oyununda 400, "Dalğa Arena"da keçirilən "Neftçi" - "Qəbələ" matçında 600, "Əlincə Arena"da reallaşan "Sabah" - "Sumqayıt" qarşılaşmasında isə 500 azarkeş qeydə alınıb.

Beləliklə, Topaz Premyer Liqasının ikinci turunu cəmi 2550 azarkeş izləyib. Bu isə hər oyuna orta hesabla, 637,5 fanat edir.

Bütün xəbərlər Facebook səhifəmizdə