Bakıda təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması hazırlıq çərçivəsində “Zirə”nin U-19 komandası ilə qarşılaşıb. SİA-nın məlumatına görə, görüş 4:1 hesabı ilə yığmamızın xeyrinə başa çatıb. Musa Qurbanlının dubl etdiyi oyunda digər qolları Nemət Şıxəmirov və Samir Abdullayev vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə