Ayaz Quliyevin komandası "Yenisey"i darmadağın edib

Rusiya Premyer Liqasında 4-cü turun görüşləri keçirilir. SİA-nın məlumatına görə, Azərbaycan əsilli futbolçu Ayaz Quliyevin oynadığı "Rostov" "Yenisey"i qəbul edib və 4:0 hesablı qələbə qazanıb.

90 dəqiqə meydanda olan Ayaz qarşılaşmada 1 qol vurub və 1 assist edib. A.Quliyev 35-ci dəqiqədə Siqurdarsonun vurduğu qolun ötürməsini verib. Ayaz 83-cü dəqiqədə oyunda son nöqtəni qoyub.

"Rostov" Premyer Liqanın turnir cədvəlində 9 xalla 3-cü yerdə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...