Premyer Liqa tarixinin ən məhsuldar ikinci əcnəbisi - 140 qol

“Mançester Siti”nin hücumçusu Serxio Aquero İngiltərə Premyer Liqasının ikinci turunda “Haddersfild”lə oyunda (6:1) het-trik edib. SİA-nın məlumatına görə, bu, argentinalı forvardın Premyer Liqada sayca 9-cu het-trikidir.

Bu nəticə ilə Aquero yalnız Alen Şirerdən geri qalır. “Sautgempton”, “Blekbern” və “Nyukasl”ın sabiq forvardının hesabında 11 het-trik var.

“Haddersfild”lə matçda 3 dəfə fərqlənməklə 30 yaşlı forvard İngiltərə birinciliyində vurduğu qolların sayını 140-a çatdırıb. Aquero yalnız Ruud van Nistelroydan (144 qol) geri qalmaqla Premyer Liqa tarixinin ən məhsuldar ikinci əcnəbisidir.

Bütün xəbərlər Facebook səhifəmizdə