"Özümü Özilə sipər etməli idim"

Almaniya Futbol Federasiyasının Prezidenti Reinhard Qrindel türk əsilli futbolçu Məsud Özillə bağlı məsələdə səhvə yol verdiklərini açıqlayıb. O, bu barədə "Bild" qəzetinə müsahibəsində deyib. Qrindel həmin vaxt Məsud Özilə dəstək olmadığı üçün peşman olduğunu bildirib: "İrqçi hücumların qarşısında daha qəti mövqe sərgiləməli, özümü Özilə sipər etməli idim. Bu cür irqçi hücumlar qəbuledilməzdir. Olaylara qarşı daha qəti fikirlər səsləndirməli idim.Özil federasiya tərəfindən tərk edilmiş vəziyətdə qaldı, buna görə məyusam".

Qeyd edək ki, Almaniya millisinin türk əsilli yarımmüdafiəçisi Məsud Özil irqçi təzyiqlərə görə milli komandadan ayrıldığını açıqlamışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə