Futbol üzrə Azərbaycan Premyer Liqasının sonuncu qalibi "Qarabağ" milli çempionatda yeni mövsümə qələbə ilə başlayıb.

"Report" xəbər verir ki, Ağdam klubu II turun açılış oyununda "Səbail"i məğlub edib - 2:0. Səfərdə baş tutan oyunda komandaya qələbə qazadıran qollara 27 və 86-cı dəqiqələrdə Mahir Mədətov imza atıb.

Bütün xəbərlər Facebook səhifəmizdə