Beşiktaş-ın hücumçusu Alvaro Neqredo Monako-ya keçə bilər. 32 yaşlı futbolçunun transferi ilə bağlı danışıqlara start verilib. Neqredo Türkiyə klubuna 2017-ci ildə Valenciya-dan transfer olunub.

İspaniyalı forvard Superliqada 31 matçda meydana çıxıb, 7 qol vurub.

Neqredo karyerası ərzində Real, Seviliya, Mançester Sity, Valensiya kimi klubların formasını geyinib. 2009-2013-cü illərdə İspaniya millisində oynayıb. Millinin heyətində EURO-2012-nin qızıl medalını qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə