“Neftçi” komandası “Keşlə”ni qəbul edəcək

"Neftçi" Peşəkar Futbol Klubunun ev oyunlarını keçirdiyi "Bakcell Arena"nın ot örtüyünün dəyişdirilməsi prosesi yekunlaşmaq üzrədir. Bu prosesin "Neftçi"nin avqustun 19-da keçiriləcək ilk ev oyununa qədər başa çatdırılması nəzərdə tutulsa da, isti hava şəraiti buna imkan verməyib. SİA xəbər verir ki, bununla belə, "Neftçi" bu mövsüm ikinci ev oyununu "Bakcell Arena"da keçirəcək.

Komanda sentyabrın 16-da "Keşlə" klubunu məhz bu stadionda qəbul edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə