Azərbaycan millisinin futbolçusu Rusiya klubu ilə müqavilə bağlayıb

Rusiyanın "Krılya Sovetov" klubu Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevlə müqavilə bağlayıb. SİA Samara təmsilçisinin rəsmi saytına istinadən xəbər verir, 22 yaşlı hücumçu 1 illik sözləşməyə imza atıb. O, yeni komandasında 11 nömrəli forma ilə çıxış edəcək.

Qeyd edək ki, Rusiyanın “Zenit” klubunun yetirməsi olan Şeydayev avqustun 9-da Türkiyə təmsilçisi "Trabzonspor"la müqaviləsini pozub. O, ötən mövsümü icarə əsasında "Qarabağ"da keçirib. "Krılya Sovetov" isə Rusiya Premyer Liqasında 3 turdan sonra 4 xalla 9-cu pillədə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə