İtaliyanın "Parma" klubu son olaraq Çinin "Hebey Çayn Forçun" komandasında çıxış edən Jervinyonu heyətinə qatıb. Klubun rəsmi "Twitter" səhifəsində yer alan məlumata görə, İtaliya klubu 31 yaşlı kot-divuarlı futbolçu ilə 3 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Jervinyo Fransanın "Lill", İngiltərənin "Arsenal" və İtaliyanın "Roma" klublarında çıxış edib. O, 2015-ci ildə Kot-Divuar millisi ilə Afrika Millətlər Kubokunun qalibi olub.

Bütün xəbərlər Facebook səhifəmizdə