Vəli Qasımov Avroliqanın püşkatmasında iştirak edəcək

Avqustun 31-də Monakoda UEFA Avropa Liqasında qrup mərhələsinin püşkatma mərasimi təşkil olunacaq. AFFA-nın saytında yer alan xəbərə görə, püşkatma mərasimində Azərbaycanı təmsil edən səfirlərdən biri futbol veteranı Vəli Qasımov olacaq. Qeyd edək ki, Avroliqanın final qarşılaşması 2019-cu il mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə