Emin Mahmudov ilk turunun ən yaxşı futbolçusu seçilib

Futbol üzrə Azərbaycan Topaz Premyer Liqasında 2018/2019 mövsümünün ilk turunun ən yaxşı futbolçusu müəyyənləşib. Peşəkar Futbol Liqasının rəsmi saytında yer alan xəbərə görə, "Neftçi”nin yarımmüdafiəçisi Emin Mahmudov hamını qabaqlayıb.
"Sumqayıt”a qarşı oyunda komandasını kapitan kimi meydana çıxaran Mahmudov 2-ci qolun müəllifi olub. InStatın təhlilinə əsasən, o, turun ən yüksək indeksə malik futbolçusudur. Qeyd edək ki, ilk turda "Neftçi" "Sumqayıt"ı 2:0 hesabı ilə məğlub edib.

Bütün xəbərlər Facebook səhifəmizdə