Messinin qardaşı 2,5 il azadlıqdan məhrum edilib

"Barselona"nın futbolçusu Lionel Messinin qardaşı Matias Messiyə hökm oxunub. Qol.az-ın "La Capital"a istinadən yaydığı xəbərə görə, Argentinanın Rosario şəhər məhkəməsi qanunsuz odlu silah gəzdirməkdə ittiham olunan Matiası 2,5 illik azadlıqdan məhrum edib. Lakin onun bu cəzası ictimai işlərə cəlb edilməklə əvəzlənib.
Matias Messi bu müddət ərzində Argentinaı tərk edə bilməz. Qeyd edək ki, Matias ğtən ilin dekabrında həbs edilmişdi. 2016-cı ildə isə onun avtomobilindən tapança tapılmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə