Qriqorçuk "Astana"dan niyə ayrılıb?

Qazaxıstanın "Astana” klubunun baş məşqçisi Roman Qriqorçuk müvəqqəti olaraq komandanı tərk edib. Klubun rəsmi saytında yer alan xəbərə görə, ukraynalı mütəxəssis şəxsi işləri ilə bağlı bu addımı atdığını açıqlayıb. Onu köməkçisi Qriqori Babayanın əvəzləyəcəyəni bildirən Qriqorçuk kluba geri dönəcəyi vaxtı açıqlamayıb. Qeyd edək ki, Qriqorçuk bu ilin may ayında "Qəbələ”dən ayrılaraq Astana”ya keçib.

Bütün xəbərlər Facebook səhifəmizdə