"Neftçi” ikinci ev oyununu "Bakcell Arena”da keçirəcək

"Neftçi”nin ev oyunlarını keçirdiyi "Bakcell Arena”nın öt örtüyünün dəyişdirilməsi prosesi yekunlaşmaq üzrədir. Klubun saytında yer alan xəbərə görə, prosesin avqustun 19-da keçiriləcək ilk ev oyununadək bitməsi nəzərdə tutulsa da, isti hava şəraiti buna imkan verməyib.
Bununla belə, "Neftçi” bu mövsüm ikinci ev oyununu "Bakcell Arena”da keçirəcək. Komanda sentyabrın 16-da "Keşlə”ni məhz bu stadionda qəbul edəcək. Xatırladaq ki, avqustun 19-da "Dalğa Arena”da keçiriləcək "Neftçi” – "Qəbələ” oyunu saat 18:30-da başlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə