"Milan" iki yeni futbolçu transfer edib

"Milan" heyətinə iki yeni futbolçu cəlb edib. Klubun saytında yer alan xəbərə görə, "rassonyerlər" uruqvaylı yarımmüdafiəçi Dieqo Laksalt və ispaniyalı yarımmüdafiəçi Samuel Kastilexonu transfer edib. Futbolçuların müqavilə müddəti və digər detallar haqqında məlumat verilməyib. Qeyd edək ki, Laksalt son olaraq "Cenua"da, Kastilexo isə "Vilyareal"da çıxış edib.

Bütün xəbərlər Facebook səhifəmizdə