"Yuventus" Kladio Markizio ilə yollarını ayırıb

"Yuventus" futbolçusu Kladio Markizio ilə yolları ayırıb. Klubun saytında yer alan xəbərə görə, 32 yaşlı yarımmüdafiəçiçin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, İtaliya millisinin üzvü 25 ilini Turin klubunda keçirib. 1993-cü ildə - 7 yaşında "Yuventus"un akademiyasında futbola başlayan Markizio 2006-cı ildə əsas komandada debüt edib. "Yuventus"la 7 dəfə İtaliya çempionluğu, 4 dəfə İtaliya Kuboku, üç dəfə isə İtaliya Superkubokunu qazanan Klaudio İtaliya millisində 55 oyunda 5 qol vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə