“Şerif” "Qarabağ" klubuna rəqib oldu

Ağdamın “Qarabağ” klubunun UEFA Avropa Liqasının play-off mərhələsindəki rəqibi məlum olub. SİA xəbər verir ki, bu Moldovanın “Şerif” klubudur. Moldovalılar UEFA Avropa Liqasının III təsnifat mərhələsində İslandiyanın "Valür" komandasını mübarizədən kənarlaşdırıb (1:0, 1:2).

“Qarabağ” klubu isə UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsində Sloveniyanın “Olimpiya” klubunu, ikinci mərhələdə Albaniyanın “Kukesi” komandasını mübarizədən uzaqlaşdırıb. Ağdamlılar III təsnifat mərhələsində BATE (Belarus) səddini keçə bilməyərək futbol qurumun reqlamentinə əsasən UEFA Avropa Liqasında mübarizə aparmalı olub.

Qeyd edək ki, “Qarabağ” – “Şerif” klubları arasında ilk oyunu avqustun 23-də keçirəcəklər. Cavab qarşılaşması isə avqustun 30-da olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...