Türkiyədə futbol klublarının televiziyaları bağlanır

Türkiyə klublarının televiziya kanalları fəaliyyətini dayandırır. "Goal.com" xəbər verir ki, Klublar Birliyi telekanalların bağlanılması barədə klublarla razılığa gəlib.

Buna səbəb kimi maddi problemlər göstərilir. Televiziyalara xərclənən məbləğ uşaq futboluna yönləndiriləcək. Eyni zamanda klubların televiziya kanalları rəqamsal mediada fəaliyyət göstərəcək. Qeyd edək ki, Türkiyədə "Qalatasaray", "Beşiktaş", "Fənərbağça" və "Bursaspor" klublarının televiziya kanalı mövcuddur.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...