Loran Koselni yaşıl meydanlara nə vaxt qayıdacaq?

"Arsenal"ın futbolçusu Loran Koselninin yaşıl meydanlara qayıdacağı vaxt müəyyənləşib. Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, fransalı müdafiəçi noyabrda məşqlərə qayıdacaq və matçlarda iştirak edə biləcək.

Qeyd edək ki, L.Koselni ötən mövsüm Avroliqanın yarımfinalında "Atletiko" ilə oyunda zədələnib. Bu səbəbdən o, DÇ-2018-i buraxıb. Əlavə edək ki, London klubunun yeni kapitanı L.Koselni seçilib.

Bütün xəbərlər Facebook səhifəmizdə