Toni Kroos Almaniya millisinin əsas hədəfini açıqladı

Sən demə, Toni Kroos DÇ-2018-dəki uğursuzluqdan sonra Almaniya millisindəki karyerasını başa vurmaq istəyib. "Bild" nəşrinin məlumatında deyilir ki, bu barədə 28 yaşlı yarımmüdafiəçi özü məlumat verib. Kroos ailəsinin onu bu qərarından daşındırdığını bildirib: "Dünya çempionatında uğursuzluqdan sonra yığmadan getməyi düşünürdüm. Amma həyat yoldaşım və oğlum millidəki karyeramı davam etməyimi istədilər. Mən də onlara "yox" cavabı vermədim. İndi hədəfim Avro-2020-dir. Biz müvəffəqiyyət qazanmalıyq",

Qeyd edək ki, Almaniya DÇ-2018-də qrupdan çıxa bilməmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə