Salih Uçan karyerasını İtaliyada davam etdirəcək

"Fənərbaxça"nın yarımmüdafiəçisi Salih Uçan karyerasını İtaliyada davam etdirəcək. SİA-nın məlumatına görə, Türkiyə millisinin üzvü Seriya A təmsilçisi "Empoli"yə icarəyə verilib. Müqavilədə satın alma şərti də qeyd edilib.

Salih Uçan "Fənərbaxça"ya 2012-ci ildə "Bucaspor"dan keçib. Salih icarə əsasında İtaliyanın "Roma" və İsveçrənin "Sion" klublarında çıxış edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...