La Liqanın bəzi matçları ABŞ və Kanadada keçiriləcək

İspaniya La Liqasının bəzi oyunları ABŞ və Kanadada keçiriləcək. SİA-nın məlumatına görə, bu barədə La Liqanın prezidenti Xavyer Tebas məlumat verib.

Rəhbərlik çempionatın bəzi oyunlarının 15 il ərzində bu ölkələrdə keçirilməsi üçün "Relevant" şirkəti ilə razılığa gəlib. Müqavilə növbəti mövsümdə "Barcelona" və "Real Madrid"in bəzi oyunlarının ABŞ-da keçiriləcəyi maddələrindən ibarətdir.

La Liqa prezidenti anlaşma ilə bağlı fikirlərini bölüşüb: "Biz bütün dünyada futbola olan marağı artırmaq üçün çalışırıq. İnqilabi saziş, şübhəsiz ki, ABŞ və Kanadada bu gözəl idman növünün populyarlığına böyük təkan verəcək".

Qeyd edək ki, İspaniya La Liqası avqustun 17-də start götürəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...