"Arsenal"ın qapıçısısı "Napoli"də

"Arsenal" qapıçısı David Ospinanı icarəyə verib. SİA-nın məlumatına görə, Kolumbiya millisinin üzvü karyerasını İtaliyada davam etdirəcək. 29 yaşlı qapıçını "Napoli" 1 illik icarəyə götürüb. Əgər Neapol təmsilçisi Çempionlar Liqasını, ya da A Seriyasını qazansa, Ospina müqavilə şərtlərinə əsasən, birdəfəlik transfer ediləcək.

Qeyd edək ki, "Arsenal" Ospinanı 2014-cü ildə "Nitsa"dan 4 milyon avroya transfer etmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə