Eto yeni komandasında təqdim edildi

"Konyaspor"dan ayrılan Samuel Eto karyerasını Qətərdə davam etdirəcək. SİA-nın məlumatına görə, 37 yaşlı forvard "Qətər Sports"a keçib. Təcrübəli hücumçunun təqdimolunma mərasimi baş tutub. Eto mərasimdə bu sözləri deyib: "22 illik yüksək səviyyəli karyeramın ardından Qətərə gəlməyə qərar verdim. Dünyanın hər nöqtəsində futbol oynamışam. Qətərə doğru zamanda gəlmişəm. Ümid edirəm ki, bu ölkənin futbol tarixində az da olsa, mənim də payım olar".

Kamerun millisinin sabiq üzvü yeni komandasında kapitan olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə