"Çelsi" müdafiəçisini "Leqanes"ə icarəyə verib

"Çelsi" müdafiəçisi Kennet Omeruonu icarəyə verib. SİA-nın məlumatına görə, 24 yaşlı futbolçu karyerasını İspaniyada davam etdirəcək. O, "Leqanes"ə icarəyə verilib. Müqavilənin müddəti 1 ildir.

Qeyd edək ki, Nigeriya millisinin üzvü ötən mövsümü icarə əsasında "Kasımpaşa"da keçirib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...