Super Kuboklar tarixinin ən erkən qolu vurulub

"Atletiko”nun forvardı Dieqo Kosta UEFA Super Kubokları tarixinin ən erkən qolunu vurub. SİA-nın məlumatına görə, 29 yaşlı hücumçu matçın 51-ci saniyəsində Keylor Navası məyus edib.

İspaniya millisinin Braziliya əsilli futbolçusu "Reyncers”in üzvü Aleks Makdonaldın rekordunu yeniləyib. Makdonald 1973-cü ildə "Ayaks”ın qapısına 2-ci dəqiqədə yol tapmışdı.

Qeyd edək ki, Estoniyanın paytaxtı Tallində üz-üzə gələn əzəli rəqiblərin duelindən "Atletiko” 4:2 hesablı zəfərlə ayrılaraq Superkuboku başı üzərinə qaldırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə