İngiltərənin "Mançester Siti" klubunun aparıcı futbolçularından hesab olunan Kevin de Bruyne zədələnib. "Report" "Mole Sports" nəşrinə istinadən xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi məşqdə dizindən xəsarət alıb. Onun zədəsinin ciddi olduğu bildirilir. Belçikalı oyunçunun zədəsinin bərpası ilə bağlı məlumat olmasa da, onun, təxminən, iki aydan çox yaşıl meydanlardan kənarda qalacağı ehtimal olunur.

Qeyd edək ki, Kevin de Bruyne 2015-ci ildən "Mançester Siti"də çıxış edir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...