David De Xea özünə yeni malikanə alıb

İspaniya milli komandasının və İngiltərənin "Mançester Yunayted" klubunun qapıçısı David De Xea özünə yeni malikanə alıb. "Report"un "Daily Mail"ə istinadən verdiyi məlumata görə, dəbdəbəli mülk Mançester şəhərində yerləşir. Evin qiyməti 2,5 milyon funt sterlinqdir.

Qeyd edək ki, hazırda "Mançester Yunayted" David De Xea ilə müqavilənin uzadılmasına dair danışıqlar aparır.

Bütün xəbərlər Facebook səhifəmizdə