Region Liqasında çıxış etmək üçün AFFA-ya neçə klub müraciət edib?

2018/2019 mövsümündə Region Liqasında çıxış etmək üçün AFFA-ya indiyədək müraciət edən klubların sayı müəyyənləşib. Milli assosiasiyanın Mətbuat xidmətindən verilən məlumata görə, hələlik 11 klub quruma rəsmi müraciət ünvanlayıb. Bir neçə klubun nümayəndələri isə şifahi şəkildə qatılmaq istədiklərini, rəsmi müraciət üçün zamana ehiyac duyduqlarını bildiriblər.

İyulun 23-də start götürən qeydiyyat prosesi avqustun 25-də başa çatacaq. Ehtiyac yaranacağı halda, bu müddət uzadılacaq. Prosesin sonuna qədər iştirakçıların sayının artacağı proqnozlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə